Yeddi ayda 79,5 milyon dollarlıq şəkər ixrac edilib

2026.08.19 13:35 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 79,5 milyon ABŞ dolları dəyərində 126,8 min tondan çox şəkər ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,6 dəfə, həcmi isə 2,9 dəfə artıb.

Cari ilin ilk yeddi ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,41 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,34 faizə bərabər olub.