Bu ilin yanvar-iyul aylarında ölkədə 43 772,1 ton alüminium məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 45,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin iyun ayına nisbətdə isə iyulda istehsal həcmində 11,6 faiz artım qeydə alınıb. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 6 081,2 ton təşkil edib.