Bu ilin yanvar-iyul aylarında ölkədən 66,5 milyon dollar dəyərində 59,6 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23,6 faiz, həcm olaraq isə 15,7 faiz çoxdur.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,12 faizə bərabər olub.