Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsi hesabına 1,068 milyon şəxsə 1,314 milyard manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan:
505 min nəfərə müavinət olaraq 738 milyon manat,
405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat,
158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub.
Yanvar-iyul aylarında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi