Əczaçılıq məhsullarının istehsalında artım var

2026.08.18 14:00 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayı ərzində Azərbaycanda 24 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 53,9 faiz artıb.

Cari ilin ilk yeddi ayında 14 956,5 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 57,9 faiz çoxdur. Bu ilin avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 553,7 min manatlıq hazır məhsul ehtiyatı olub.