Bu ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 151,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 7,8 faiz çoxdur.
Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 38 358,5 milyon manat olub ki, onun da 0,39 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.