2026-cı ilin yanvar-iyul aylarında aqrar sektor üzrə 8 797,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz çox məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz artıb.