Bu ilin ilk 7 ayında əhaliyə 9,1 milyard manatdan çox ödənişli xidmətlər göstərilib

2026.08.17 17:24 (UTC+04:00)

2026-cı ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 9178,0 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 6891,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 893,8 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 105 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.