Ölkə üzrə ictimai iaşə dövriyyəsi 7,1 faiz artıb

2026.08.17 16:13 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz artaraq 1718,8 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 853,9 milyon manat təşkil edib.