Yanvar-iyul aylarında 589,2 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

2026.08.17 13:05 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 589,2 milyon dollar dəyərində 503,1 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 16,3 faiz, həcmi isə 2,5 faiz artıb.

Cari ilin ilk 7 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,05 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 9,93 faizə bərabər olub.