İcbari tibbi sığorta haqları üzrə ödəniş rekvizitləri yenilənib

2026.08.14 15:39 (UTC+04:00)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin müraciətinə əsasən, icbari tibbi sığorta haqlarının, habelə həmin sığorta ilə bağlı penya, cərimə və maliyyə sanksiyalarının vaxtında və tam məbləğdə aidiyyəti üzrə köçürülməsinin təmin edilməsi məqsədilə ödəniş rekvizitləri yenilənib.

Yenilənmiş ödəniş rekvizitləri barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

İcbari tibbi sığorta haqları, habelə həmin sığorta ilə bağlı penya, cərimə və maliyyə sanksiyaları üzrə yenilənmiş büdcə rekvizitləri ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.

İcbari tibbi siğorta haqlari üzrə ödəniş rekvizitləri