Çexiya ilə ticarət dövriyyəsi artıb

2026.08.14 14:33 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 9,24 faiz artaraq 529,74 milyon ABŞ dollarını üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 2,15 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi