2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,8 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, real artım sürətlənib. Yanvar-iyun dövründəki 2,2 faizlik göstərici iyul ayının sonuna 2,8 faizə yüksəlib və bunu bitkiçilik təmin edib. Bu sahədə artım 1,8 faizdən 3,2 faizə çatıb.
Bu ilin yanvar-iyul aylarında ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz çoxalıb. Məhsulun 50,6 faizi bitkiçiliyin, 49,4 faizi heyvandarlığın payına düşür.