Hacıqabul Sənaye Parkında yeni rezident

2026.08.13 14:00 (UTC+04:00)

“Az Agromila” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 500-dən çox iş yeri yaradılıb.