Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, respublikamız bu göstərici ilə qonşu ölkənin iqtisadiyyatına sərmayə qoyan xarici dövlətlər sırasında dördüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Hollandiya (58,1 milyon dollar), Türkiyə (36 milyon dollar) və ABŞ (27,5 milyon dollar) olub. İkinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon dollar xarici investisiya qoyulub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 53,7 faiz azdır.