2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib.
Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1.2 faiz çoxdur.
2026-cı ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 841,8 milyon manat, xərcləri isə 23 742,4 milyon manat məbləğində icra edilib.
Maliyyə Nazirliyi