Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

2026.08.11 12:25 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 76 817,7 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalaraq 22 916,5 milyon manat, qeyri- neft-qaz sektorunda isə 2,2 faiz artaraq 53 901,2 milyon manat təşkil edib.

AZƏRTAC