6 ayda 163,8 milyon dollarlıq tomat ixrac edilib

2026.08.11 11:54 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədən 163,8 milyon ABŞ dolları dəyərində 135,6 min tondan çox tomat ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri təqribən 10 faiz, həcmi isə 1 faizə yaxın artıb.

İlin birinci yarısında tomatın ümumi ixracda xüsusi çəkisi 1,00 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,95 faizə bərabər olub.