Birinci yarımildə pambıq lifi ixracında artım qeydə alınıb

2026.08.10 15:01 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 126,6 milyon dollar dəyərində 90,4 min ton pambıq lifi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 26,32 faiz, həcm baxımından isə 30,05 faiz çoxdur.

Ümumilikdə bu ilin birinci yarısında ölkədən 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə bu kateqoriya üzrə pambıq lifi ixracının xüsusi çəkisi 6,71 faizə bərabər olub.