Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,7 faiz artıb

2026.08.10 11:28 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 115.289 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 588,4 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 255,7 milyon manat, yaxud 14,7 faiz çoxdur.