2026-cı ilin yanvar-iyun aylarında ölkədə 137,2 min ton bentonit istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 3,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə iyun ayında 32,3 min ton bentonit istehsal olunub və bu da may ayının müvafiq göstəricisini 30,79 faiz üstələyir.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı 282,5 min ton təşkil edib.