Ölkədə metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

2026.08.06 17:36 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən metrologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edilib:

Sözügedən dövlət standartları sayğacların işləmə prinsiplərinə, təhlükəsizliyinə, istehsalına, sınaqlarına, eləcə də plastik məmulatların günəş şüalanmasının təsiri nəticəsində rəng, möhkəmlik və digər fiziki xüsusiyyətlərində baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsinə dair müvafiq tələbləri müəyyən edir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin nəzdində təsis edilən “Metrologiya sahəsi” Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 47) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.