Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat gündəlik orta hesabla 323 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
bp şirkətindən bildirilib ki, altı ayda ACG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hesabat dövründə “Çıraq” platformasından hasilat 19 min 300, “Mərkəzi Azəri”dən 88 min, “Qərbi Azəri”dən 73 min 300, “Şərqi Azəri”dən 45 min, “Dərinsulu Günəşli”dən 47 min, “Qərbi Çıraq”dan 24 min və “ACE”dən 26 min 400 barel olub.
İlin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənib.