Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunub və bu da may ayının müvafiq göstəricisini 26,7 faiz üstələyir.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı 1007,1 min dkl təşkil edib.