İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 4-də keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətinin məlumatına görə, cari ay üzrə növbəti nəqliyyat hərracları 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 133 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.