Kolbasa məmulatlarının istehsalı artıb

2026.08.05 16:30 (UTC+04:00)

2026-cı ilin birinci yarısında ölkədə 16,68 min ton kolbasa məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 12,6 faiz çoxdur.

Bu ilin iyun ayında kolbasa məmulatlarının istehsalı may ayı ilə müqayisədə 3,221 ton və ya 23,93 faiz artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 19,6 ton təşkil edib.