Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026.08.05 15:11 (UTC+04:00)

2026-cı ilin yanvar-iyun aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 473,5 milyard manatı, sayı isə 92,6 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 30,87 faiz, sayı isə 17,07 faiz artıb.

Cari ilin ilk yarısında AZİPS vasitəsilə 1,1 milyon əməliyyat üzrə 444,5 milyard manat, XÖHKS vasitəsilə 49,46 milyon əməliyyat üzrə 24,83 milyard manat, AÖS ilə isə 42,44 milyon əməliyyat üzrə 4,14 milyard manat həcmində ödəniş həyata keçirilib.