SOCAR və BYD müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirib

2026.08.05 10:15 (UTC+04:00)

SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüşüb.

Qurumun məlumatına görə, görüşdə SOCAR-ın “yaşıl enerji” gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.

Söhbət zamanı bərpa olunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası və müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.