Birinci yarımildə polipropilen ixracı 20 faizdən çox artıb

2026.08.04 12:29 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 34,4 milyon ABŞ dolları dəyərində 28,3 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23,8 faiz, həcm olaraq isə 20,8 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk yarısında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,83 faizə bərabər olub.