Azərbaycana ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından birinin yığımına başlanılır

2019.09.09 16:50 (UTC+04:00)

"Azərbaycanda pambıq yığımına hazırlıqla bağlı son işlər gedir". Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yığımdan əvvəl məhsulun toolanacağı sahələrdə defolyasiya işləri aparılır: "Pambıq kollarındakı yarpaqların tökülməsi üçün defolyant vurulur, 10-12 gündən sonra isə pambıqyığan kombaynlar işə başlayacaq".

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, "Aqrolizinq"in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur.
Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96.241 hektarı hüquqi şəxslərə, 3.871 hektarı fiziki şəxslərə məxsusdur.