6 ayda 3,8 milyon dollarlıq çay ixrac edilib

2026.08.03 12:03 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədən 3,8 milyon ABŞ dolları dəyərində 437 tondan çox çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 19,35 faiz, həcmi isə 23,74 faiz artıb.

İlin birinci yarısında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,07 faizə bərabər olub.