2026-cı ilin birinci yarısında Azərbaycanda inşaat üçün əhəng daşı istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,1 faiz artıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu müddətdə ölkədə 228,6 min ton əhəng daşı istehsal edilib.
Ölkədə gips və anhidrit istehsalı da artıb. Cari ilin ilk altı ayında 334,4 min ton gips və anhidrit istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 10,3 faiz çoxdur.