Bank sistemi rəqəmsallaşmaya doğru…

2019.09.09 16:07 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə sentyabrın 9-da “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçirilib. Bank sistemi və sığorta sektoruna yönəlmiş tədbirdə “KPMG”nin yerli və xarici ekspertləri tərəfindən banklarda rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqi normativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarə edilməsi ilə bağlı təqdimatlar keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir.