Prezident Nursultan Nazarbayev keçən ilin oktyabr ayında ölkə vətəndaşlarına "Qazaxıstanlıların rifah halının yüksəldilməsi: gəlirlərinin və həyatın keyfiyyətinin yüksəldilməsi" ilə bağlı müraciətində səlahiyyətli dövlət orqanlarına kiçik və orta biznes subyektləri üçün vergi amnistiyası tətbiq edilməsi barədə tapşırıq vermişdi. Söhbət əsas vergi borcunu ödəyən vergi ödəyicilərinə hesablanmış faiz və cərimələrdən gedirdi. Bundan əlavə, 2018-ci ilin oktyabr ayına qədər borcu olan kiçik və orta sahibkarlar öz borclarını 2019-cu ilin sonuna qədər ödəyəcəkləri halda, onlara hesablanmış faiz və cərimələrin də silinməsi nəzərdə tutulur.
Bu güzəştlər aşağıda göstərilən vergi ödəyicilərinə tətbiq edilmir:
Bu meyarlar nəzərə alınmaqla 90.077 təsərrüfat subyektinin vergi amnistiyasından faydalanacağı gözlənilir. 2018-ci ilin oktyabr ayına onların vergi borcu 340,6 milyard tenge (100 tenge=0,450 manat), hesablanmış faizlər 122,9 milyard tenge, cərimələr isə 7,3 milyard tenge təşkil edirdi.