Azərbaycan-Qırğız İnkişaf Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

2026.07.31 09:43 (UTC+04:00)

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Azərbaycan-Qırğız İnkişaf Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Bu barədə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.

AZƏRTAC