Beş ayda 36 minə yaxın mənşə sertifikatı verilib

2026.07.30 14:55 (UTC+04:00)

Beş ayda 36 minə yaxın mənşə sertifikatı verilib

Cari ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət tərəfindən 35.864 mənşə sertifikatı verilib.

Dövlət Agentliyinin məlumatına görə, mənşə sertifikatı məhsulların keyfiyyət və təhlükəsizliyinin təminatı hesab edilməklə yanaşı, onların etibarlı mənbələrdən əldə olunduğunu, həmçinin beynəlxalq ticarət qaydalarına və idxalçı ölkənin tələblərinə uyğun şəkildə istehsal edildiyini təsdiqləyir.