Birinci yarımildə 73,4 milyon dollarlıq qənnadı məmulatları ixrac olunub

2026.07.30 12:18 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 73,4 milyon ABŞ dolları dəyərində 115,8 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 3,35 dəfə, həcm baxımından isə 3,82 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk rübündə ölkədən dəyəri 1,885 milyard dollardan çox Azərbaycan mənşəli qeyri-neft məhsulu ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artım deməkdir. Bu qrup üzrə ümumi ixracda qənnadı məmulatlarının payı 3,89 faiz təşkil edib.