Lak-boya məmulatlarının istehsalında artım var

2026.07.29 14:56 (UTC+04:00)

Bu ilin birinci yarısında ölkədə 22 min 891 ton lak-boya məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsalın həcmi 31,6 faiz artıb.

2026-cı ilin iyun ayında may ayına nəzərən lak boya istehsalı 5042,5 ton və ya 28,25 faiz artıb.

Bu ilin iyul ayının 1-nə hazır məhsul ehtiyatı 401,4 ton təşkil edib.