Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7,1 faiz artaraq 43 254,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 148,7 milyon manat azalaraq 3 113 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.