Yanvar-iyun aylarında 46 milyon dollarlıq neft koksu ixrac edilib

2026.07.29 11:42 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədən 46,4 milyon ABŞ dolları dəyərində 116,5 min tondan çox neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 49 faiz, həcmi isə 18 faiz artıb.

Cari ilin ilk yarısında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,28 faizə bərabər olub.