Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.
Polşa-Azərbaycan Ticarət Palatasının məlumatına görə, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılma mərhələsindədir.
Bildirilib ki, işgüzar missiya istehsalçılar, idxal-ixrac fəaliyyəti iştirakçıları, yeni satış bazarları və kommersiya perspektivləri axtarışında olan sahibkarlar, Azərbaycan biznesi ilə əməkdaşlığa maraq göstərən şirkətlər, investorlar və sənaye sektorunun, xidmət sahəsinin və digər sahələrin nümayəndələri, həmçinin beynəlxalq biznes qarşılıqlı fəaliyyətin genişləndirilməsini hədəfləyən Polşa və Azərbaycan şirkətləri üçün nəzərdə tutulub.
"Səfər proqramına hər bir iştirakçının profili və vəzifələri nəzərə alınmaqla qurulmuş, fərdi şəkildə təşkil edilən B2B görüşlər, əvvəlcədən seçilmiş potensial tərəfdaşlarla birbaşa danışıqlar, Bakıda Polşa-Azərbaycan Ticarət Palatasının üzvləri ilə əlaqələr qurmaq imkanları, həmçinin Azərbaycanın müvafiq dövlət qurumları və aparıcı biznes təşkilatları ilə görüşlər daxildir", - məlumatda qeyd olunub.
"Report"