Sentyabrın 9-da Dünya Bankının vergi islahatlarına dəstək üzrə texniki yardım missiyası Bakıya gəlib. Missiyaya bankın daxili resursların mobilləşdiriməsi üzrə qlobal lideri Raul Feliks Xinquera-Varela rəhbərlik edir.
Sentyabrın 13-dək davam edəcək səfər çərçivəsində missiya Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə ispaniyalı mütəxəssis Dünya Bankının vergi islahatları ilə bağlı digər ölkələrdə olan təcrübəsini bölüşəcək.