Tunisə xam neft ixracı 2 dəfədən çox artıb

2026.07.27 16:11 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Tunisə 187,6 milyon ABŞ dolları dəyərində 307 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 2,76 dəfə, həcm baxımından isə 2,44 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk yarısında ölkədən 6,231 milyard dollar dəyərində 10,1 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 3,03 faizi bu ölkənin payına düşüb.