2026-cı ilin yanvar-iyun aylarında ölkədə 221,5 min ton şəkər və qənd istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 35,1 faiz artıb.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 30,6 faiz və ya 51,9 min ton artım qeydə alınıb.
2026-cı ilin iyul ayının 1-nə hazır məhsul ehtiyatı 12,1 min ton təşkil edib.