Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 157,7 milyon dollar dəyərində 103,4 min tondan çox pambıq ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 34,9 faiz, həcm baxımından isə 36,7 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk yarısında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə pambıq ixracının xüsusi çəkisi 8,37 faizə bərabər olub.