Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7 faiz çoxdur. DGK-dan verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 10,787 milyon manat və yaxud 12,55 faiz artaraq 96,723 milyon manat olub.
Əlavə dəyər vergisi üzrə daxilolmalar 52,066 milyon manat və yaxud 23,6 faiz artaraq 272,302 milyon manat, aksizlər 2,206 milyon manat və yaxud 11 faiz artaraq 22,255 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 64 min manat və yaxud 1,8 faiz azalaraq 3,522 milyon manat təşkil edib.