6 ayda Naxçıvanda 3,4 milyon manat güzəştli kredit verilib

2026.07.24 14:36 (UTC+04:00)

2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3,4 milyon manat güzəştli kredit verib.

İqtisadiyyatın sahələri üzrə bölgüyə əsasən, bu məbləğin 61,5 faizi kənd təsərrüfatı, 25,3 faizi xidmət, 13,2 faizi isə sənayenin payına düşür.

Maliyyələşdirilmiş kreditlər hesabına 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ayrılmış vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb.

Güzəştli kreditlərin 70,7 faizi, layihələrin isə 92,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.