2026-cı ilin yanvar-may aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 232,5 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 15,7 faiz təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu barədə məlumatında vurğulanır ki, səmərəli satınalma idarəçiliyi dövlət vəsaitlərindən effektiv istifadə edilməsinə və büdcə qənaətinin artırılmasına imkan yaradır.