Birinci yarımildə 19 min tona yaxın əhəng istehsal edilib

2026.07.24 12:19 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 18,9 min ton əhəng istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 70,3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, iyun ayında əhəng istehsalı may ayı ilə müqayisədə 4,3 min ton və ya 29,45 faiz artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 7,5 min ton təşkil edib.