Bu ilin yanvar-iyun aylarında ölkədən 17,3 milyon ABŞ dolları dəyərində 11,7 min tondan çox bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 49,96 faiz, həcmi isə 27,40 faiz artıb.
Cari ilin ilk yarısında sözügedən məhsulun ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,31 faizə bərabər olub.